BAKU Azərbaycan
°C

Moskva vilayətindəki Azərbaycan diasporunun sabiq rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya edilib.

Gundem.az-ın məlumatına görə, o və  vaxtlə iş adamı Fren Elkapone ləqəbli Füzuli Məmmədovun köməkçisi kimi çalışmış, "Patriot tv" Youtube kanalının rəhbəri Ceyhun Əliyev də deportasiya olunub. Onlar  Moskvanın “Domodedovo” hava limanından Azərbaycana deportasiya ediliblər.

Məhkəmə Ağayev Qalib Şəmsəddin oğlunu inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarmaqla yanaşı 5 min rubl məbləğində cərimələyib. Qalib Ağayev əslən Mingəçevirdəndir. O, uzun illərdir, Moskvada yaşayırdı. Azərbaycanlıların Rusiyada fəaliyyət göstərən “AzərRos” diaspora qurumunun rəhbərlərindən sayılırdı. 

Məlumat üçün bildirək ki, Baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Rusiyaya köçəndən sonra “AzərRos”a rəhbər gətirilmiş və bu, Qalib Ağayev və daha bir neçə nəfərin narazılığına səbəb olmuşdu. Ağayev zaman-zaman Abbasovu sərt şəkildə tənqid etmişdi. 

Moskvadakı mənbəmizin məlumatına görə, Ağayevin deportasiyasını məhz Abbasovun təşkil etdiyi ehtimal olunur. Güc strukturlarındakı adamları vasitəsilə əvvəlcə onun haqqında məhkəmə hökmü çıxarılıb, sonra isə Rusiyadan Azərbaycana göndərilib.

Şahin
Gundem.az
 

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər