"Sədərək" və "Binə"yə yeni marşrutlar açılır
Bakıda daha 2 marşrut xətti istifadəyə veriləcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda 5-i mövcud, ikisi isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.
Daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166, 189 saylı marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.
Eyni zamanda vətəndaşların gedişlərinin sadələşdirilməsi və sərnişin təlabatı nəzərə alınaraq metronun “Xalqlar Dostluğu” stansiyasını "Binə" ticarət mərkəzi ilə əlaqələndirən E1 və "Sədərək" ticarət mərkəzi ilə əlaqələndirən E2 saylı yeni sürətli rejimdə marşrutlar yaradılaraq istismara verilməsi də qərara alınıb.
Müsabiqə Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay