BAKU Azərbaycan
°C

Sentyabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) bu il buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirir.

DİM-dən bildirilib ki, sentyabrın 4-də, həmçinin bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər qeyd olunan imtahanı verəcəklər.Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunan imtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 74 nəzarətçi-müəllim, 3 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Şagirdlər imtahana aşağı qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 246, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 210 şagirdin iştirakı nəzərdə tutulur. 109 şagird isə Azərbaycan dili fənni üzrə imtahan verəcək.

Son xəbərlər

Castin Biberin arvadı Kıvançın VİDEOsunu paylaşdı

Göbələk xərçəngin dərmanı imiş

Türkiyədə qaçırılan Avrelinin heykəli 65 il sonra qaytarılır

Bu Afrika ölkəsi “Barselona”nın sponsoru olacaq

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

Vaxtla bağlı YALANLAR - Niyə “az” deyib “çox” gecikirik?

1239-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

İşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək

Azərbaycan çempionu oldular

Bakıda illərdir gözlənilən böyük söküntüyə başlanılır

Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - FOTOLAR

Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi

Həftəsonunadək hava necə olacaq?

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

Əkrəm İmamoğluna hökm oxundu

Emin rus aparıcıları onlarla əvəzlədi

Bütün xəbərlər