BAKU Azərbaycan
°C

Milli Məclisin İntizam kommisiyasında deputat Erkin Qədirlinin işinə baxıla bilər.

Bunu Modern.az-a açıqlamasında Parlamentin İntizam kommisiyasının sədr müavini Fəzail Ağamalı bildirib.

O, həmkarı Erkin Qədirlinin parlamentin legitimliyini şübhə altına alan fikirlərinə görə qınayıb və bu məsələnin araşdırılacağını deyib:

“Erkin Qədirlinin çıxışını izlədim. Doğrudan da, o, demokratik yolla seçilməyibsə, niyə 3 ildir Milli Məclisin mandatını daşıyır, komitə və parlament iclaslarında iştirak edir, eyni zamanda beynəlxalq aləmdə Azərbaycan müxalifətinin təmsilçisi kimi özünü təqdim edir? 3 ildir ən yüksək maaşı alır. Milli Məclisin deputatı və bir partiyanın üzvü məsələyə səmimi yanaşmalıdır. Ancaq Erkinin yanaşması səmimi deyil. Bu sadəcə olaraq, ikibaşlı oynamaqdır. Bu, həm də azərbaycanlıya yaraşan hərəkət deyil”.

Sədr müavini qeyd edib ki, Erkin Qədirli xalqdan üzr istəməli və mandatından imtina etməlidir:

“Həqiqətən də, o, demokratik yolla deputat seçilməyibsə, bu fakt ona bəllidirsə, onda faktın üstünü açsın. Azərbaycan xalqından üzr istəsin. Mandatını yerə qoysun və indiyə qədər aldığı maaşları da geri qaytarsın”.

İntizam kommisiyanın Erkin Qədirli olayına görə, nə vaxt toplaşacağına gəlincə, sədr müavini bildirib: “Bizim əsasnaməyə görə, nizamnaməni pozan istənilən deputatla bağlı Milli Məclisin rəhbərliyi tərəfindən araşdırma aparılır. Bundan sonra araşdırma İntizam Kommissiyasına təqdim olunur. İntizam kommisiyası həmin araşdırma  əsasında deputatın fəaliyyətinə qiymət verir. İntizam Kommisiyasına hələlik araşdırma təqdim olunmayıb. Gələcəkdə olarsa, bu məsələyə baxacayıq”.

Qeyd edək ki, deputat Erkin Qədirli Azərbaycanda parlament seçkilərinin qeyri-demokratik keçirilməsini iddia edib. Onun açıqlaması həmkarlarının etirazına səbəb olub. Bəzi parlamentarilər onu deputat mandatından imtina etməyə çağırıblar.

Son xəbərlər

Azərbaycanda həbsxanada məhkum ölüb

“Qarabağ”ın qapıçısı köhnə telefon işlədir?

300 bal toplayan Masallı şagirdləri - FOTO

Hazırda Dubay... - VİDEO

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı TƏRK ETDİ - VİDEO

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

Həmcinsi ilə evlənən azərbaycanlı jurnalist: Utanmıram!

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi - FOTO

Nazir Fəqan Şabanova vəzifə verdi

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…

Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb

İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO

Qazaxda 87 yaşlı kişi sükan arxasında infakt keçirdi

Rusiyada “Crocus” terrorçularını saxta yolla qeydiyyata salan şəxs həbs edilib

Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib

Serbiya Prezidenti COP-29-a dəvət edildi

“ULTRA Technologies”: 25 il “Hər zaman İnnovasiya” şüarı ilə

Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Türkiyənin milli gəliri kəskin artdı

Bütün xəbərlər