BAKU Azərbaycan
°C

Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum tamamilə siyasidir və məsuliyyəti birbaşa molla rejimi daşıyır. 

Belə ki, İranda etiraz aksiyalarının davam etdiyini nəzərə alsaq məntiqlə İranda nəinki odlu silah, heç soyuq silah belə daşımaq mümkün olmamalıdır. Lakin səfirliyə hücum edən şəxs İranın paytaxtı Tehranda səfirlik binasının önünə qədər Kalaşnikov markalı avtomat ilə gəlsə də heç bir hüquq-mühafizə və ya təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılmır.

Digər tərəfdən hücum edən şəxs Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yarıb xidmətinin rəisini qətlə yetirib, iki nəfər mühafizə əməkdaşını da yaralayıb. Bu həmin şəxsin heç də sadə bir şəxs olmadığı, xüsusi təlim keçmiş biri olduğunu deməyə əsas verir.  Mümkündür ki, həmin şəxsin SEPAH ilə birbaşa əlaqəsi var.  

Molla rejiminin ASALA cəhdi 

İran tərəfi ilk öncə hadisəni törədən şəxsin erməni olduğuna dair informasiya yaysada daha sonra məlum oldu ki, hadisəni İran vətəndaşı Yasin Hüseynzadə törədib.

Molla rejimi hadisəni Ermənistan-Azərbaycan gərginliyinə yönəldərək məsuliyyətdən yayınmağa çalışacaqdı. Xüsusi ilə səfirliyimizə edilən hücumun tarixinin 27 yanvar olması ilə rejim hadisənin ASALA terror təşkilatı tərəfindən törədildiyini əsaslandırmağa çalışmaqda buna dəlalət edir. 

Qeyd edim ki, 1973-cü il 27 yanvar tarixində ASALA terror təşkilatının üzvü Qurgen Yanikyan ABŞ-da türk səfir Mehmet Baydar və Bahadır Dəmiri Santa Barbaradakı Baltimore otelinə dəvət edir və orada teraktı həyata keçirib.

Hadisənin İran vətəndaşı Yasin Hüseynzadə tərəfindən tördəildiyi aşkarlanmasa idi mümkündür ki, bu hadisənin məsuliyyətini ASALA terror təşkilatı üzərinə götürəcdi. 

Nəticə etibarilə İran rejiminin bu ucuz planı iflasa uğradı. Bu hadisənin məsuliyyəti bir başa İran hakimiyyəti daşıyır.

Bakının səfirlik həmləsinə, Tehranın səfirliyə hücum cavabı

Hadisənin molla rejimi tərəfindən birbaşa sifarişlə həyata keçirildiyini təsdiqləyən bir nüans da hadisənin Yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksəkvəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilməsi və Muxtar Məmmədovu Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsindən heç də uzun olmayan müddət sonra baş tutmasıdır. 

Aydın məsələdir ki, rəsmi Bakı İranın sərgilədiyi ermənipərəst mövqe və təhdidkar ritorikaya cavab olaraq İsraildə səfəri açaraq qərarına gəldi. Bununla Azərbaycan İrana ondan çəkinmədiyini və nə qədər qərarlı olduğunu göstərdi. 

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum ilə İran Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsindən Bakının İsraildə səfirlik açması ilə barışmayacağını demiş oldu. Tehran görünür bununla həm də səfirlik açılacağı təqdirdə başda İsrail olmaqla digər ölkələrdəki səfirliklərimizə də mümkün hücumların ola biləcəyi mesajını verir.

Bakının cavabı necə olmalıdır?

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum hər şeydən öncə diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyası kobud şəkildə pozulmasıdır. Hadisənin molla rejimi tərəfindən törədildiyi  aşkarlanarsa və rəsmi şəkildə elan edilərsə bu müharibə səbəbidir. 

Rəsmi Bakı ilk növbədə Vyana Konvensiyası kobud şəkildə pozulmasını əsas gətirib İrana sərt nota verməlidir. Hadisə ilə bağlı araşdırmanın nəticəsindən asılı olaraq diplomatik korpusumuz  geri çağırıla bilər. 

Müəllif: PolitoloqTuran Rzayev

 

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər