BAKU Azərbaycan
°C

"Tərtər işi" ilə bağlı həbs edilən Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə iclas Sumqayıt Məhkəmə Kompleksində baş tutub.

Buna səbəb cinayət işi üzrə zərərçəkmiş şəxslərin çoxluğu və Bakı Hərbi Məhkəməsində böyük zalın olmamasıdır.

Prosesin əvvəlində prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər, məhkəmədə ifadə verməkdən imtina ediblər.

Vüsal Ələsgərov bildirib ki, o, özündən daha yuxarı vəzifədə olan şəxslərin – Müdafiə naziri, onun birinci müavini, Baş qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluq təmsilçilərinin əmrlərini icra edib.

Rüstəm Ələsgərov isə deyib ki, onun ümumiyyətlə, heç bir səlahiyyəti olmayıb. Sıravi əsgər kimi verilən əmri icra edib, binanın mühafizəsilə məşğul olub: “Deyiblər ki, mühafizədə dayan, mən də dayanmışam. Mənim heç icazəsiz o binaya girməyə ixtiyarım olmayıb”.

Daha sonra zərərçəkmiş qismində ifadə verən baş leytenant Bəhmən Məcidov bildirib ki, Tərtər hadisələri baş verən dövrdə bölük komandirinin şəxsi heyət üzrə müavini olub:

“Bölükdə cihaz itmişdi, buna görə söz-söhbət oldu. Sonradan məlum oldu ki, onu tərxis olunan əsgər aparıb.

Polkovnik Vüsal Ələsgərovun yanına gələndə hərbi salam vermək istədim. Çatan kimi nalayiq söyüş söyməyə başladı. “Döyüşə” əmri verdi, məni yerə yıxdılar, döyməyə başladılar. Saatımı, pulumu götürdülər. Məhkəmə zalında qadınlar var deyə, o sözləri təkrarlamağı əxlaqıma sığışdırmıram. Nalayiq ifadələr işlərdirdi, erməniyə işləməkdə ittiham edirdi. Sir-sifətim qan içində idi. Bıçağın yeri hələ də bədənimdə qalır. Burnumun üstündə Vüsal Ələsgərovun təpiyinin izi var. Hikmət Həsənovun səsi qulağımdadır”.

Bəhmən Məcidovun sözlərinə görə, işgəncə nəticəsində bədənində yaranmış yaraların üstünü Gündüz adlı həkim yapışqanla bağlayıb, bir müddət sonra isə onu qoparıblar.

Zərərçəkmişin sözlərinə görə, ondan tabor komandiri Pərviz Pisməmmədovun əleyhinə ifadə almaq istəyiblər: “Onun üzünə durmağımı istəyirdilər. Mənim paqonlarımı cırdılar. Biz uzun müddət əllərimiz, gözlərimiz bağlı saxlanmışıq. Əllərimiz bağlı vəziyyətdə it kimi yemək yemişik. Təsəvvür edin, biz keçə-keçə onlar çömçədə bizə yemək veriblər. Onda da biri başımızdan qapaz vurub, biri arxadan təpik vurub.

Mən özümü zabit kimi təhqir olunmuş hiss edirəm. Çünki pozulmuş hüquqlarım bərpa olunmayıb. Ailəmin üzünə baxa bilmirəm. Azərbaycan zabitiyəm, mənim ailəm niyə təhqir olunmalıdır? Niyə döyülməliyəm?”

Bəhmən Məcidov ona işgəncə verilməsində iştirakı olan şəxslərin bir çoxunun məsuliyyətdən kənarda qaldığını deyib. O, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov tərəfindən işgəncələrə məruz qaldığını vurğulayıb. Bildirib ki, Vüsal Ələsgərov onu şəxsən özü döyüb: “Məni yerə uzatdılar, Vüsal Ələsgərov ayaqqabı ilə üstümdə gəzirdi. Məni yerdə təpikləyirdi, başımın üstünə ayağını qoyub əzirdi. O, mənim ailəmi təhqir edib. Təsəvvür edin ki, biz su istəyəndə bunun əvəzinə sidik gətirib bizə verirdilər”.

Digər zərərçəkmiş Pərviz Pirməmmədov deyib ki, məlum hadisələr baş verən dövrdə tabor komandiri olub. Vüsal Ələsgərovla münasibətləri Tərtər işgəncələrindən bir müddət əvvəl pozulub: “Elə həmin ərəfədə başqa hərbi hissəyə göndərilməyim haqda əmri də gəlmişdi. Buna baxmayaraq, işgəncələrdən canımı qurtara bilmədim”.

Pərviz Pirməmmədov məhkəmədə işgəncələr haqda ətraflı danışmaq istəməyib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunub.

Pərviz Pirməmmədov istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Vüsal Ələsgərov onu təhqir edib və döyüb. Onu düşmənlə əməkdaşlıqda ittiham ediblər: “Həmin vaxt Hikmət Həsənovun səsini eşitdim. Ona kinayə ilə dedim ki, sizin icazəniz olmasa, məni bura kim gətirə bilərdi? İşgəncəyə məruz qalanda məndən həm də general Polad Həşimov haqda ifadə vermək tələb olunurdu. Polad Həşimov barədə bildiklərimi söyləməyimi tələb edirdilər”.

Növbəti ifadə verən zərərçəkmiş, baş leytenant İsabala Məmmədov korpus komandiri, general-mayor Hikmət Həsənovu ittiham edib. Bildirib ki, bu işlərdə əsas günahkar Hikmət Həsənov olub.

Məruz qaldığı işgəncələrdən danışan İsabala Məmmədov qeyd edib ki, adamları suda boğmaqla, uzun müddət toka verməklə onlara dözülməz əzab veriblər: “Betonun üstünə yatmaq üçün köhnə döşəklər atırdılar. Onu da su ilə isladırdılar və deyirdilər ki, siz quru döşəkdə yata bilməzsiz”.

Zərərçəkmiş Vasif Ağayev isə deyib ki, vaxtilə Əfqanıstanda sülhməramlı kontingentin tərkibində xidmət edib. İşgəncələrdən sonra sağlamlığını itirib, nəticədə ailəsi də dağılıb:

“Bütün həyatım darmadağın olub. Bunun səbəbkarı Vüsal Ələsgərovdur. Ona nifrət edirəm.

Mən də başqaları kimi normal insan idim. Postda idik, bütün heyəti düşürüb, “Kamaz”da gətirdilər. Başımıza torba keçirdilər, dizüstə oturtdular. Nalayiq söyüşlərlə təhqir edirdilər, döyürdülər. Vüsal atamın goruna qədər söydü. Orada ah-nalədən, qışqırtı səsindən qulaq tutulurdu. Mənə nə qədər əzab veriblər, bir Allah bilir. “Papanin” hospitalında tibb bacılarına qədər bizə əzab verib ki, guya vətən xainləriyik.

İşgəncələrdən vəziyyətim pisləşdiyinə görə hospitala gətirmişdilər. Burada çarpayıya bağlamışdılar. Az qalırdılar qaşığı boğazımıza salıb, xirtdəyimizi üzsünlər. Ayaqyoluna qoymurdular, “pampers” taxmağı tələb edirdilər”.

Vasif Ağayev Vüsal Ələsgərova ömürlük həbs cəzası verilməsini tələb edib.

Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.

Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır.

İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb.

Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.

Son xəbərlər

Rusiyalı ekspert: "Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

"Toshiba" 5 min işçini İŞDƏN ÇIXARACAQ

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

İsveç Baş naziri COP29-a DƏVƏT EDİLDİ

MÜTDA direktoru qəbulun elektronlaşdırılmasından DANIŞDI

Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Rusiya əməliyyatları gücləndirdi: Ukraynanın bu şəhərini işğal etməyə çalışır 

40 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək" - RƏSMİ

Xalq artisti Röya Ayxan: "Ərə gedirəm, toyum..." - VİDEO

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

Energetika naziri ABŞ-yə səfər etdi

Bütün xəbərlər