BAKU Azərbaycan
°C

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağının müsadirə edilən əmlakının siyahısı məlum olub.

Gundem.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.

Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.

Bundan əlavə, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin müsadirə edilən əmlakının siyahısı məlum olub.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

Xatırladaq ki, istintaq dövründə V.Səfərlinin əmlak və bank hesablarının üzərinə həbs qoyulmuşdu.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Bu il Azərbaycan 7 milyon tona yaxın neft İXRAC ETDİ

Bu hal dolları UCUZLAŞDIRIR

Ruben Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNDİ

Mütaliəyə olan maraq niyə azalıb? - AÇIQLAMA

Təhlükəli virus yayılır: 40 nəfər YOLUXUB - Siçanlardan...

Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır

Doktoranturaya sənəd verənlər iyul çağırışından azad olunacaqlarmı? - AÇIQLAMA 

Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür

Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə BİLƏR

"Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur" - Paşinyan 

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ

Cənubi Qafqazda növbəti XAOS PLANI: "Paşinyan özü də etiraf etdi, bundan sonra..." - AÇIQLAMA

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü BAŞLADI

Serbiya Prezidentini hədələyən şəxs SAXLANILDI

Belarus Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Gədəbəyə dolu düşdü - FAKTİKİ HAVA

Slovakiyanın Baş nazirinin son durumu AÇIQLANDI

Dünya bazarlarında neft BAHALAŞDI

4-cü kurs tələbəsinin qəsdən öldürüldüyü MƏLUM OLDU - RƏSMİ AÇIQLAMA

Nobel mükafatı laureatı Azərbaycana GƏLƏCƏK

Bütün xəbərlər