Gündəm
12.06.2023 / 16:12
183
Muğanlı-İsmayıllı avtomobil yolunda tıxac yaranıb
Hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda sıxlıq müşahidə edilir.
DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, buna səbəb ərazidə əsaslı tikinti işlərinin aparılmasıdır.
Bildirilib ki, yolun inşaat işləri aparılan hissələrində daralması nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
“Sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edirik”, - məlumatda vurğulanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay