BAKU Azərbaycan
°C

"İstəməzdim ki, belə olsun. 31 valideyn yığılıb bu tədbiri təşkil edib".

Gundem.az xəbər verir ki, bu sözləri Qaynarinfo.az-a açıqlamasında bir neçə gündür sosial şəbəkələrdə və mediada gündəm mövzusuna çevrilən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva bildirib.

Müəllim deyib ki, 4-cü siniflərin buraxılışı ilə əlaqədar valideynlərin təşkilatçılığı və təklifi ilə restoranların birində tədbir keçirilib.

- Tədbir deyəndə nəyi nəzərdə tutursunuz?

- Valideynlər bildirdilər ki, iştirakımla tədbir keçirmək istəyirlər. Mən də bu təkliflə razılaşdım. 27 may tarixində, yəni şənbə günü Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə 4-cü siniflərin buraxılışı ilə əlaqədar restoranların birində tədbir keçirildi. Sonda qurama bir hal alındı.

- Deyirsiniz bu görüntünü valideynlər bilərəkdən yayıblar?

- Xeyr. Elə bir qurama hal demirəm. Valideynlər özləri də çox pis olublar. İnanın ki, bütün valideynlər video yayılan günü məktəbə gəldilər və onlar da çox pis olmuşdular. Hamısı məni müdafiə etdilər. Hətta valideynlər özlərini günahkar görərək bildirirdilər ki, əgər bu cür tədbir edirdiksə, gərək bu həddə çatmayaydı. "Kaş müəllimi belə bir vəziyyətə çatdırmazdıq və onu pis vəziyyətə salmazdıq", - deyirlər.

Heç mən özüm də bunu gözləməzdim. Əgər bir müəllim kimi valideynlərin mənə təqdim etdiyi qızılı rüşvət kimi götürürdümsə, qızıl üzük niyə barmağıma girmirdi? Mənim bu hədiyyədən heç xəbərim belə yox idi. Onu rüşvət kimi alsaydım, gizlincə edərdim. Elə bil tələyə düşdüm.

- Neçə ildir sözügedən məktəbdə çalışırsınız?

- 40 ildir müəllimlik fəaliyyəti ilə məşğulam. Bunun 35 ilini sözügedən məktəbdə çalışmışam. Görün bu illər ərzində məktəbə neçə direktor gəlib-gedib. Pis olsaydım, çoxdan işdən çıxarardılar. O, məktəbdə bu illər ərzində nə qədər hadisələr olub. Heç bir qalmaqalda iştirak etməmişəm, heç vaxt mənə töhmət verilməyib. Yetirmələrimdən müxtəlif vəzifələrdə çalışanlardan tutmuş, şəhid, qazi olanlara kimi var. Heç vaxt valideynləri nəyəsə məcbur etməmişəm. Bunları deyirəm, indi deyəcəklər ki, özünü tərifləyir və yaxud müdafiə edir. Bu hadisəni özümə bağışlaya bilmirəm, məni biabır elədilər. 40 il sonra niyə belə hadisə mənim başıma gəlsin? (ağlayır) Çox söz danışa bilmirəm. Guya bu qızıl tək Yaqut müəllimənin qulağına taxılıb? Heç kimin başına belə bir hadisə gəlməyib?

- Necə olub ki, valideynlər sizə qızıl almaq qərarına gəliblər, digər əşya yox?

- Uşaqlar mənə gül təqdim edəndə özüm ağlamışam. Amma yayılan videoda tam görüntü yoxdur. Videoda elə görünür ki, guya sırğam olmayıb, gəlmişəm ora valideynlər qulağıma qızıl taxırlar. Bu səhnə mənə çox ağır gəlir (ağlayır). Valideynlər özləri də deyir ki, uşaqlarımız 4 ildir oxuyur, biz sizə heç nə etməmişik. Bu bizim ürəyimizdən gəldi, qızıl aldıq. Ona görə özüm də hansısa valideyndən şübhələnə bilmirəm. Əgər belə idisə, niyə bu hədiyyəni mənə alardılar? Özləri də bu hadisəyə görə məktəbə gəlib, direktorla da görüşdülər. Bildirdilər ki, Yaqut müəllimin heç bir günahı yoxdur. Üzr istəyirəm, onlar bu hadisəni törədəni söyürlər də... Mən özüm də məəttəl qalmışam. İnana bilmirəm ki, burada müəllimin və ya hansısa valideynin əli var. Həyatda görmədiyim bir halla rastlaşdım. Ailəm, tanış-qohumlarım zəng edirlər. Bu hadisə ilə bağlı heç kimdən heç nə eşitmək istəmirəm. Çox utanıram (ağlayır). Bilsəydim ki, belə olacaq, heç vaxt o hədiyyəni qəbul etməzdim. Bu hədiyyəni almaq üçün uzağı hər valideynə 15 manat pul düşüb. Əgər mən tələb edirdimsə, deyərdim gedin bahalı qızıllar alın. Hansısa planım olsaydı, alıb qızılları qoyardım çantama. Heç buna icazə verməzdim. Bu hədiyyənin verilməsini pis mənada başa düşməmişəm. Dedim valideynlər etmək istəyirlərsə, qoy etsinlər. Bu yaşa çatmışam, belə bir hadisə ilə heç vaxt üzləşməmişəm..

- Bu videogörüntü ilə bağlı ilk dəfə sizi kim məlumatlandırdı?

- Məktəbin rəhbərliyi məlumat verdi. Zəng etdilər ki, siz tədbirdə iştirak edib, qızıl hədiyyə almısınız? Dedim, bəli. Necə olmuşdusa, elə də dedim.

- Bəs məktəb rəhbərliyinin bu tədbirin keçirilməsindən xəbəri olub?

- Xeyr. Təhsil idarəsi, məktəb rəhbərliyi nəyə görə bu tədbirin keçirilməsini və o hədiyyəni qəbul etməyimi soruşdu. Mən onlara hər bir şeyi izah etdim. Direktor tədbir keçirilməsini qadağan edibmiş. Amma bunu mənə deməyib və heç özüm də soruşmamışam. Şənbə günü olduğundan sinfimlə bu tədbiri restoranda keçirdim və nəticəsi də belə oldu. Mənim səhvim, birincisi, rəhbərliyi məlumatlandırmamağım, ikincisi, o hədiyyəni qəbul etməyimdir. Bilsəydim, orada iştirak etməzdim. Bu neçə illər ərzində heç bir məktəb rəhbərliyinə söz eşitdirməmişəm. Gərək bunu da etməzdim. Məktəb direktoru da mənə görə töhmət aldı.

- Abşeron-Xızı Regional Təhsil İdarəsinin sizinlə bağlı qərarı nə oldu?

- Təqaüd yaşıma hələ 3 ilə yaxın qalıb. İdarəyə necə olubsa, izahat yazdım. Valideynlər özləri də idarəyə gəldilər. Onlar özləri akt yazdılar ki, müəllimin günahı yoxdur. Hara lazımdırsa, orada izahat verməyə hazırdırlar. Daha heç nə bilmirəm. Özüm ibadət əhliyəm. Heç vaxt əyri yolla iş tutmaram.

- O qızılların aqibəti necə oldu?

- Mən qızılları valideynlərə təqdim etdim. Dedim mənə lazım deyil. Götürmürlər. Onlar da çox pis oldular. Müəllim kimi hər kəsdən xahiş edirəm ki, haqqımda mənfi heç nə yazmasınlar, tanımadan, bilmədən haqqıma girməsinlər.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər