BAKU Azərbaycan
°C

Senytabrın 9-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı: Oğuzda 49 mm(aylıq normanın 66 %-i), Qəbələdə 41 mm(aylıq normanın 35 %-i), Qaxda 35 mm(aylıq normanın 41 %-i), Şəkidə 28 mm(aylıq normanın 41 %-i), Göygöldə 27 mm(aylıq normanın 59 %-i),Yevlaxda 25 mm(aylıq normanın 111 %-i),Tərtərdə 23 mm(aylıq normanın 92 %-i), Zaqatalada 21 mm(aylıq normanın 25 %-i), Şahdağda 15 mm, Xaçmaz, Ağdam, Balakən, Xaltan, Naftalanda 14 mm, Daşkəsəndə 13 mm, Göyçay, Göytəpə, Gəncə, Gədəbəydə 12 mm, Xınalıq, Qrızda 11 mm, Qusar, Astarada 10 mm, Mingəçevirdə 9 mm(aylıq normanın 36 %-i), Şabran, Qobustan, Yardımlı, Tovuz, Ağstafa, Quba, Ağsu, Şəmkir, Ceyrançöl, İsmayıllı, Lənkəran, Zərdab, Altıağac, Şamaxı, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Lerikdə 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 10 mm(aylıq normanın 56 %-i)-dək olub.

Külək: Sentyabrın 08-də şimal-qərb küləyi arabir Goranboy, Naftalanda 18 m/s-dək güclənib.

Dolu: Sentyabrın 08-də 18:00 radələrində Göygöl rayonu ərazisinə diametri 8 mm olan dolu düşüb.

Sel: Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 9-da Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançaydan, Şəki rayonu ərazisindən keçən Damarçın çaydan, Çuxadurmaz, Kişçayından, Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Samux rayonu ərazisindən axan Qabırrı çaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından sel keçib.

Son xəbərlər

Azərbaycan səfiri Pakistanın müdafiə naziri ilə hərbi əməkdaşlığı müzakirə edib

Türkiyə ilə Yunanıstan Afina Bəyannaməsini imzalayıb

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verilib - YENİLƏNİB-8

"Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir" - Vüqar Əbdülov

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

“Bakı Metropoliteni” zəlzələ ilə bağlı AÇIQLAMA YAYDI 

BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"

Bakıda güclü zəlzələ oldu

Qurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO

Məşhur rəssam faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

Qəzzada HƏMAS liderinin evi mühasirəyə alındı

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Bütün xəbərlər