Sumqayıt-Bakı qatarı gecikdi: Texniki nasazlıq, yoxsa “yağış sindromu“?
Bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatar 15 dəqiqəyə yaxın gecikib.
"Yeni Sabah"ın məlumatına görə, 07:40-da Sumqayıtdan çıxan və 08:32-də mənzil başına çatmalı olan qatar 08:46-da Bakı sərnişin stansiyasına çatıb. Qatar bələdçisinin bildirdiyinə görə, gecikməyə səbəb sistemdə yaranan texniki nasazlıq olub.
Qeyd edək ki, hava şəraitinin qeyri-sabit keçməsi ilə paralel Bakı-Sumqayıt qatarlarının hərəkət qrafikdə də yubanmalar müşahidə edilir. Eyni hal ötün gün də yaşanıb. Ümumilikdə son günlər qatarların qrafikində edilən dəyişiklik sərnişinlər arasında narazılığa səbəb olub. Belə ki, Bakıda fəaliyyət göstərən dövlət qurumları və özəl şirkətlərdə iş saatı 9 və ya 10-da başlayır. Qatarların hərəkət qrafikdə isə bu demək olar ki, nəzərə alınmayıb. Nəticədə qatardan istifadə etməyə məcbur olan sərnişinlər işə vaxtında çata bilmir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay