BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Gundem.az xəbər verir ki, sentyabr 15-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 73 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.

Son xəbərlər

İspaniyada matəm elan edildi

Erməni silahlı təşkilatı VOMA Qarabağda partizan mübarizəsinə başlayacaqlarını açıqlayıb

Türkiyədə yenidən zəlzələ baş verdi

Tesla Çin bazarı üçün yenilənmiş "Model Y" krossoverini buraxdı

Roma Papası Azərbaycan və Ermənistanı dialoqa ÇAĞIRDI

Messi azərbaycanlı iş adamını evində qonaq etdi

Malidə üsyançılar ordunun bazasını ələ keçirdiklərini bəyan ediblər

Britaniya Ukraynaya qoşun yeridir

Daha bir serial eşqi gerçək OLDU

Kadırov səhhəti barədə danışdı

Armen Qriqoryan Tehrana getdi

Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib

Nazirlər və parlament üzvləri üçün beynəlxalq toplantı keçirilib

Qazaxıstan təmsilçiləri Bakı Konqresində iştirak edəcəklər

ABŞ-da erməni təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - FOTO

Ərdoğan: “Qarabağ məsələsində haqq yerini tapdı”

Beyləqanda həyətyanı sahələri su basdı - VİDEO

Cozep Borrell Kiyevə getdi

XİN Türkiyədəki terror hücumunu kəskin PİSLƏDİ

Bütün xəbərlər