
20.09.2023 / 17:36
135
Qarabağın erməni sakinlərinin reinteqrasiya planı ilə bağlı RƏSMİ AÇIQLAMA
"Prezident Administrasiyası tərəfindən göndərilən dəvət, əfsus ki, separatçı rejim tərəfindən imtina edilirdi".
Gundem.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsidir.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır və bu müvafiq aidiyyət qurumlarla hazırlanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay