BAKU Azərbaycan
°C

“Postmünaqişə dövrünün ən mühüm məsələləri sırasında müharibə canilərinin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması xüsusi əhəmiyyət daşıyır.

İkinci Dünya müharibəsindən sonra formalaşan hüquqi mexanizm çərçivəsində soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin təqibi ilk növbədə milli səviyyədə həyata keçirilir”.

Bu barədə “Trend”ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

O qeyd edib ki, hətta 1998-ci ilin iyun-iyul aylarında Roma diplomatik konfransında Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması bu qaydanı dəyişməyib. Çünki beynəlxalq birliyin narahatlığına səbəb olan cinayətlərin təqibinə görə əsas məsuliyyət dövlətdaxili hüquq sisteminin üzərinə düşür.

“Bu mənada Azərbaycan uzun illərdən bəri Qarabağ regionu və ölkəmizin digər yerlərində sülh və insanlığa qarşı cinayət törətmiş şəxslərin cəzalandırılması üzrə zəruri tədbirləri həyata keçirərkən, eyni zamanda, dövlətlərin dünya birliyi qarşısında duran qlobal miqyasda qanunun aliliyi prinsipinin təmin edilməsinə ciddi töhfə verir.

Separatist rejimin rəhbərlərindən olan, qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında ən ağır cinayətlər törədən Arayik Arutyunyanın məsuliyyətə cəlb edilməsi bir daha əyani formada təsdiq edir ki, Azərbaycan müharibə canilərinin cəzasızlığına heç bir halda imkan verməyəcək və bu mənada ölkəmizin hüquq-mühafizə sistemi ən yüksək səviyyədə fəaliyyətini həyata keçirir.

Həbs edilən qatı caniyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittiham irəli sürülüb. Bunları şərti olaraq bir neçə kateqoriyaya bölmək olar:

Birincisi, beynəlxalq cinayətlər - təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama (maddə 100); silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma (maddə 116); silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə (maddə 117);

İkincisi, ağır transmilli cinayətlər - terrorçuluq (maddə 214); terrorçuluğu maliyyələşdirmə (maddə 214-1); terrorçuluq məqsədi ilə təlim keçmə (maddə 214-3);

Üçüncüsü, ümumi cinayət xarakterli xüsusilə ağır cinayət əməlləri - qəsdən adamöldürmə (maddə 120); cinayətkar birlik (təşkilat) yaratma (maddə 218); qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (maddə 279).

Bu cinayət əməllərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyaları uzunmüddətli, yəni iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur”, - deyə o bildirib.

N.Səfərov, həmçinin əlavə edib ki, digər mühüm məsələ beynəlxalq cinayətlərə görə müddətlərin tətbiq edilməməsidir.

“Məlum olduğu kimi, BMT 26 noyabr 1968-ci ildə “Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə müddətlərin tətbiq edilməməsi haqqında” Konvensiya qəbul edib. Azərbaycan Respublikası həmin Konvensiyaya 1996-cı ildə qoşulub və onun tələblərini Cinayət Məcəlləsinin 75.5-ci maddəsində implementasiya edib.

Həmin maddəyə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

Ən yüksək beynəlxalq standartlara cavab verən milli cinayət qanunvericiliyi imkan verir ki, soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri, terrorçuluq və başqa ağır əməllər törədən heç bir şəxs cəzasız qalmasın”, - deyə o əlavə edib.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər