Gündəm
19.10.2023 / 17:59
219
BMT Baş katibinin sabah Misirə səfəri gözlənilir
BMT-nin Baş katibi Antonio Quterreşin sabah Misirə səfəri gözlənilir.
APA xəbər verir ki, bu barədə “Al Hadath” televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, Quterreş Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Tərəflərin Yaxın Şərqdəki vəziyyəti və Qəzza zolağına humanitar yardımın çatdırılması məsələsini müzakirə edəcəyi gözlənilir.
Həmçinin əlavə olunub ki, Quterreş 20 oktyabrda Misir tərəfdən Qəzza zolağı ilə sərhəddə yerləşən Rafah keçid-nəzarət məntəqəsinə gedəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay