BAKU Azərbaycan
°C

İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Bərgüşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Köndələnçay, Quruçay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıbş və həmin stansiyalardan mütəmadi qaydada suyun temperaturu, onların qatılığı, pH, oksigenin miqdarı, elektrik keçiriciliyi, su sərfi və səviyyəsi barədə məlumatlar Milli Hidrometeorologiya Xidmətinin situasiya mərkəzinə ötürülərək təhlil olunur.

Gundem.az APA-ya istinadən xəbər verir ki, bunu Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, bununla yanaşı Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz edilmiş 5 avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib:

"Suda və torpaqda radionuklidlərin təyini məqsədilə Atom Enerjisi üzrə Beynəlxaq Agentliklə əməkdaşlıq çərçivəsində Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları ərazilərində quraşdırılmış 4 ədəd avtomatik radioekoloji stansiyadan mərkəzi serverǝ məlumatlar onlayn şəkildə ötürülərək təhlil olunur".

Vüqar Kərimov qeyd edib ki, bərk məişət tullantılarının yerləşdirilməsi məqsədilə 9 rayonda, eləcə də Xankəndi şəhərində müvəqqəti poliqon əraziləri müəyyən edilib, mina və partlamamış hərbi sursatlardan təmizlənib və istiqamətləndirici yol nişanları yerləşdirilib:

"Poliqon ərazilərində tullantıların qəbulu üçün müvəqqəti tullantı hücrələri qazılıb və modul tipli konteynerlər (ofis və yaşayış) quraşdırılıb. Xankəndi, Laçın, Füzuli və Şuşa şəhərləri, Zəngilan rayonunun Ağalı kəndi, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində bərk məişət tullantılarının gündəlik toplanması, daşınması və poliqonda basdırılması təmin edilir".

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər