Gündəm
22.12.2023 / 22:43
435
Şok iddia: Şahramanyanın adamı Xankəndidə qaldı
Separatçıların qondarma rejiminin buraxılması haqqında fərmandan sonra Samvel Şahramanyan başqa bir fərman imzalayıb və Sarkis Qalstyanı öz "administrasiyası" rəhbərinin müavini təyin edib.
Gundem.az publika.az-a istinadən xəbər verir ki, bunu "Azadlıq" radiosunun erməni xidmətinə Şahramanyanın "müşaviri" Vladimir Qriqoryan bildirib.
Qriqoryan deyib ki, Qarabağda 20-30 nəfər, o cümlədən Sarkis Qalstyan da qalıb.
Lakin Xankəndidə yaşayan və əvvəllər müxtəlif vəzifələrdə çalışan Qalstyanın hansı funksiyanı yerinə yetirməli olduğu aydın deyil.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay