BAKU Azərbaycan
°C

Bakı küçələrində qəribə adamlar peyda olub.

Gundem.az bildirir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslərlə qarşılaşıblar. Digər tərəfdən, onlar həm də sürücülərin hərəkətinə maneə yaradıblar.

Həmçinin, hadisənin ilk baxışdan birmənalı şəkildə qınanılmalı, qanunsuz, eyni zamanda təhlükəli hərəkətlər olduğu görünür.

Görüntülərlə bağlı saytımıza açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, sözügedən videolarla əlaqəli DYP-yə hər hansı məlumat daxil olmasa da, sosial şəbəkələr vasitəsilə əldə edilən məlumatlardan xəbərdardırlar:

“Həmçinin, aidiyyatı struktur bölmələri də bu barədə məlumatlıdır. Belə şəxslərin ifşa edilməsi, onlar barəsində qanuni tədbirlərin görülməsi üçün daxili işlər orqanlarının əməkdaşlarına vaxtında məlumat vermək lazımdır. Hadisə isə sosial şəbəkələrdə trendə çevrilmək üçün hər vasitəyə əl atan, küçələrdə bu cür addımlar atmaqla, həm öz həyatı, həm də digər hərəkət iştirakçılarının həyatlarına təhlükə yaradıldığı fikri formalaşdırır”.

A.Əsgərli faktla bağlı araşdırma aparılacağını da qeyd edib:

“Məqsəd və məramın nə olduğu müəyyənləşdiriləcək. Eyni zamanda bildirmək lazımdır ki, bunlar təhlükəli hərəkətlərdir, yolun hərəkət istiqamətində sürücülərə, piyadalara, ümumiyyətlə bütün hərəkət iştirakçılarına hər hansı bir təhlükə yaratmaq kimlərinsə yolların məsuliyyət zonasını olduğunu unutmaq deməkdir. Belə hərəkətlərə münasibətdə qanuni araşdırma, bu cür şəxslərin şəxsiyyətinin və psixi vəziyyətinin nəticələrinə uyğun formada tədbir görülməsini nəzərdə tutur.

Əlavə olaraq onu da qeyd edək ki, hər hansısa layihə çərçivəsində çəkiliş və digər yarıdıcı tədbirlər yollarda nəzərdə tutulubsa, onun məqsədi, məkanı mütləq qaydada təhlükəsizliyin təmin olunması üçün əvvəlcədən Daxili İşlər Nazirliyi və digər aidiyyatı qurumlarla razılaşdırılmalıdır”.

Gundem.az sözügedən görüntüləri təqdim edir: (Sfera.az) 

Son xəbərlər

Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Tanınmış aktrisa saxlanıldı - FOTO

Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan

İsrail Qəzza sakinlərinə çağırış etdi

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

"İnci taneleri" final edir

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı - VİDEO

Yasamalda yük maşını yandı - VİDEO

Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan

“Evi təmizləmək üçün bir gün vaxt istədi”

Pezeşkian Urmiya gölünə getdi

Azərbaycanda zəlzələ oldu - Yenilənib

İmamoğlunun yerinə o seçildi

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

İmamoğlunu kim əvəz edəcək? - Səsvermə başladı

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Bütün xəbərlər