BAKU Azərbaycan
°C

Kredit təşkilatının rəhbəri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Gundem.az xəbər verir ki, bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki,  “Kömək Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

“İstintaqla həmin qurumun təsisçisi və direktoru olmuş Hüseynov Aydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyon manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”, - deyə bildirilib.

Qurum əlavə edib ki, ibtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub:

“Toplanmış sübutlar əsasında Aydın Hüseynova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

Son xəbərlər

Məleykə Abbaszadədən abituriyentlərə - XƏBƏRDARLIQ

Bu şəxslərin maaşı 40% artdı

11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU

Bu mesajlara cavab verməyin!

Onları görənlər "əriyir" - Ən xarizmatik üç bürc

Rusiyaya kütləvi hücum: 100-dən çox PUA...

Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Bu ölkə Gürcüstan rəsmiləri üçün vizasız rejimi ləğv etdi

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOlar

Milli Məclisin iclası başladı

Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

Təhsil sistemində sərt qərar: Daha 3 məktəb direktoru işdən çıxarıldı

Mərkəzi Bankın rəhbərliyinin maaş ödənişləri 40% artdı

Bu rayonunun bir hissəsində qaz olmayacaq

Şəbnəm Tovuzlu Vəfa Şərifovanı hədələdi: “Əsəbimdən ağlayıram, indi gəlirəm”

Elektrik və hibrid avtomobillər bahalaşacaq? - Güzəşt müddəti bitir

Modriç bu həftə açıqlayacaq: gedir, yoxsa...

Kıvanç Tatlıtuğ ilk dəfə xəstəliyini AÇIQLADI

Qadın avtobus sürücüləri nə qədər maaş alacaq? – Rəsmi AÇIQLAMA

Əfsanələr yenidən üz-üzə gələ bilər - Ronaldo üçün gözlənilməz təklif

Bütün xəbərlər