BAKU Azərbaycan
°C

Bakıda “Rahat Market”də xanım işçilər generatordan çıxan tüstüsündən zəhərlənib.

Gundem.az Qaynarinfo-ya istinadən xəbər verir ki, supermarketlərin daxil olduğu "ANC GROUP" MMC-nin işçiləri R.C. və C.T.-ya hadisədən sonra tibbi yardım göstərilib, tibbi müəssisəsinə yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "Rahat" supermarketlərin də daxil olduğu "ANC GROUP" MMC-nin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması) protokol tərtib edilib. MMC-nin rəhbərliyi 1000 manat cərimələnib.

"ANC GROUP" MMC-nin rəhbərliyi dövlət qurumunun qərarından Nərimanov Rayon Məhkəməsinə şikayət edib və protokolun ləğv edilməsini istəyib. İddiaçı tərəf bildirib ki, hadisə sentyabr ayında olub, dərlah MMC tərəfindən təcili təxirəsalınmaz tədbirlər görülüb, işçilər sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün tibb müəssisəsinə yerləşdirilib və aidiyyəti üzrə icra hakimiyyəti orqanına məlumat verilib. MMC cəriməni tamamilə qanunsuz və əsassız sayıb, hesab edir ki, bu səbəbdən də həmin qərar ləğv edilməlidir.

 

Məhkəmə "ANC GROUP" MMC-nin şikayətini təmin etməyib.

Son xəbərlər

“Sabah”ın qapıçısından qalmaqallı açıqlama - “Klubda mənə ayrıseçkilik olundu”

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Tanınmış vəkil vəfat etdi - FOTO

Türkiyəli general-mayor Azərbaycanda səfərdədir

Baş nazir vacib qərar imzaladı

Fransada bu qədər insan yoxsulluq içində yaşayır - say açıqlandı

39 yaşlı Ceko bu klubda oynayacaq

Ötən ilin dövlət büdcəsinin icrası təsdiqləndi

Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlir və xərcləri

Bütün xəbərlər