BAKU Azərbaycan
°C

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış, Şərur rayonunda yerləşən “Şərur Sənaye Mərkəzi” publik hüquqi şəxsin bitki yağları istehsalı müəssisəsinin anbarında sentyabrın 25-də baş vermiş yanğınla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb.

Gundem.az xəbər verir ki, Naxçıvan MR prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, külli miqdarda dövlət vəsaiti hesabına alınan bitki yağları xammalı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilmədən anbara toplanıb, saxlanma şəraitinin düzgün təmin edilməməsi və digər pozuntular nəticəsində xammal qida məhsulu kimi yararsız hala düşüb, sonrakı mərhələdə isə tüstülənmə və yanmaya məruz qalıb, nəticədə isə külli miqdarda dövlət əmlakı məhv olub.

Baş vermiş hadisə ilə əlaqədar vəzifəli şəxslərin işə vicdansız və laqeyd münasibətləri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə külli miqdarda zərər vurulmasına əsaslı şübhələr əldə edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.

Son xəbərlər

Havalar isindikcə, suya diqqət edin – MütəxəssislərdənXƏBƏRDARLIQ

Zəngəzur dəhlizini unudun... - Simonyan

Səyahətdən öncə diqqət edilməli 7 məqam

Ronaldo Trampa formasını hədiyyə etdi

“Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq

Bəzi restoranlar yüksək mahnı səsinə görə cərimələndi

4 ayda bu qədər üçəm doğulub

Evlənənlər çoxalıb, boşananlar azalıb

Bu məhsullar BAHALAŞA BİLƏR – SİYAHI

"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edildi

Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət

Ağaxan Abdullayevin oğlu sədr seçildi - FOTO

Ərdoğan Paşinyanı Ankaraya çağırdı: Bu tarixdə...

Uzunmüddətli müharibəyə hazırıq - İran

Daha bir tiktoker həbsdən buraxıldı

65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olundu

Həmin müəllimlərin maaşında artım nəzərdə tutulur

Bu şənbə rəsmi iş günüdür

Rəsmi Bakıdan Təl-Əvivə ÇAĞIRIŞ - İranın azərbaycanlılar yaşadığı bölgələrinə zərbə endirməyin!

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər