Hadisə
30.10.2024 / 10:40
3401
Təyyarə təcili Bakıya endi -Ölən var
Türkiyədən Pakistana uçan təyyarədə sərnişinin ölməsi səbəbindən hava gəmisi Bakıya məcburi eniş edib.
Gundem.az Metbuat.az-a istindən xəbər verir ki, İstanbuldan Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraat ölüb.
Bu səbəbdən TK0714 reysi ilə hərəkət edən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Hazırda faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay