05.12.2024 / 16:37
199
Bakıda təcili yardım avtomobili qəzaya uğradı - VİDEO -FOTO
Bakının Xəzər rayonunda təcili yardım avtomobili qəzaya düşüb.
Gundem.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində Mərdəkan qəsəbəsində qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavabda Xəzər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sanitar avtomobilinin qəzaya uğradığı təsdiqlənib.
Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqaləyə dair fotomateriallar:
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay