BAKU Azərbaycan
°C

Paytaxtın Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş avtobus sürücüsünə hökm oxunub.

Gundem.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə “Bakubus” MMC-nin sürücüsü 33 yaşlı A.Məmmədzadəyə 5 il 3 ay həbs cəzası verilib. Məhkəmə prosesi və ibtidai istintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə zalındaca həbs edilib.

Bildirilib ki, hadisə ötən ilin iyun ayında Binəqədi rayonu, Atatürk prospektindən Səttar Bəhlulzadə küçəsinə dönən hissəsində - piyada keçidinin üzərində baş verib.

33 saylı marşrut xəttində sürücü işləyən A.Məmmədzadə piyada xəttində Leyla Qurbanlını vurub. Bu zaman məktəbli Leylanın yanında bacısı Zəhra da olub. Onlar birgə Binəqədi rayonu ərazisindəki basketbol məktəbinə məşqə gedirmiş.

Mərhumun anası ifadəsində bildirib ki, hadisə vaxtı övladı qan içində küçədə bir neçə dəqiqə qalıb və ona heç kim yaxınlaşmayıb. Yaxınlıqda olan taksi sürücüsü Leyla və bacısını “İstanbul NS” klinikasına çatdırıb. Lakin klinikadan bildiriblər ki, lazımi ləvazimatlar olmadığı üçün xəstəyə müdaxilə edə bilməzlər.

Sonra Leylanı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü deyib ki, piyada avtobusun orta hissəsində “kor nöqtə” adlanan yerə çırpıldığı üçün onu görməyib.

 

Son xəbərlər

Sevməyi bacarmayan 2 bürc - Uzunmüddətli münasibət onlar üçün deyil

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Azərbaycanda hava kəskin SOYUYACAQ: qar, yağış, sel - XƏBƏRDARLIQ

Bakıda daha bir məşhur restoranın fəaliyyəti dayandırıldı - VİDEO - FOTOlar

Uşaqlar neçə yaşdan qəhvə içə bilər?

Şəhid xanımına BDU-da vəzifə verildi

Uşaq bağçasına silahlı hücum: Yaralanan var - VİDEO - FOTO

Dövlət Turizm Agentliyində yoxlama aparılır

Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

İmsakın ən məsləhətli yeməyi... - 40 dəqiqə sonra da yatın

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Prezident bu hərbi qulluqçuları təltif etdi

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib - FƏRMAN

Azərbaycanın D-8-ə qoşulması təsdiqləndi

Bu ölkədə güclü zəlzələ oldu

Bu şəxslər üçün də "dəfn pulu" verilə bilər - TƏKLİF

Şəmkirdə iki nəfər qidadan zəhərlənib

Boşanan qadın evindən 70 kral pitonu tapdı

Bütün xəbərlər