
Hadisə
19.02.2025 / 13:28
154
Ötən ilin qəza statistikası: 764 ölü, 1118 yaralı
Ötən il Azərbaycan yollarında 1427 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Gundem.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1238-i yaşayış məntəqələrində qeydə alınıb.
Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib.
Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1118 nəfər isə xəsarət alıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay