
Hadisə
19.02.2025 / 14:25
150
Ata qəza törətdi, 2 yaşlı oğlu öldü - FOTO
Füzulidə ağır yol qəzası baş verib.
Gundem.az xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Alıxanlı kəndindən keçən hissəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Xəyyam Məmmədovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə Əmrah Məhərrəmovun sürdüyü “Belarus” markalı traktor toqquşub.
Nəticədə X. Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay