
Hadisə
19.06.2025 / 13:30
224
Qobustanda odlu silahlar aşkarlandı
Qobustan Rayon Polis Şöbəsinə Xilmilli kəndi ərazisində odlu silah-sursat tapılması barədə məlumat daxil olub.
Gundem.az-ın məlumatına görə, əraziyə baxış keçirilərkən oradan 9 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanaraq götürülüb. Aşkar olunmuş silahlar müvafiq ekspertizaya göndərilib.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini qanunsuz saxladığı 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay