Hadisə
06.01.2022 / 11:05
334
Şirvanda kran avtomobili yandı
Şirvanda "КрАЗ" markalı kran avtomobilində yanğın olub.
Gundem.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin kabinə hissəsi, 1 ədəd təkəri və mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hacıqabul rayonunun Atbulaq kəndində "BMC" markalı yük avtomobilinin arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi və banında olan 20 ton taxıl yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay