Hadisə
21.05.2022 / 17:26
361
Bakıda azyaşlı bacıları avtomobil vurdu
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
Gundem.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Gülçülük Sovxozu adlanan ərazidə yol kənarı ilə hərəkət edən, 2007-ci il təvəllüdlü Gülməmmədli Şəmsiyyə Yusif qızı və onun bacısı, 2010-cu il təvəllüdlü Gülməmmədli Gülzar Yusif qızını avtomobil vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay