Hadisə
24.12.2021 / 01:39
472
Bakıda qadını avtomobil vurub
Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Gundem.az xəbər verir ki, hadisə Ukrayna dairəsində qeydə alınıb.
Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən 1994-cü il təvəllüdlü Sadıqova Sevda Rafiq qızını minik avtomobili vurub. O aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay