BAKU Azərbaycan
°C

Bakıda binaların divarlarına dini məzmunlu anti-təbliğat yazıları yazan 18 yaşlı oğlan tutulub.

Gundem.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları Atatürk prospekti 62A və digər ünvanlarda binaların divarına siyasi-dini məzmunlu "Vəhabilərə Lənət", "Allahı söyən qeyrətsizdir", "Hicaba azadlıq", "İsrail məhv olacaq" kimi şüarlar yazan şəxsi müəyyən ediblər.

Belə ki, polis əməkdaşları anti-təbliğat yönümlü yazılar yazmış və əlində qara rəngli dezodarant formulalı boya olan bir nəfər şəxsi görüb ona yaxınlaşıblar. Polislər özlərini təqdim etdikdən sonra həmin şəxsi Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət ediblər. Lakin həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək onlarla mübahisə etməyə başlayıb və heç bir qanuni tələbə məhəl qoymayaraq bölməyə getməkdən imtina edib. Bundan sonra polis əməkdaşları həmin şəxsi Binəqədi RPİ-nin 5-ci PB-nə gətiriblər və bölmədə onun Zəngilan rayon Əmirxanlı kənd sakini, 2004-cü il təvəllüdlü Sadiq Buludov (şərti ad-soyadlı) olması müəyyən edilib. Onun sosial şəbəkələrdə də radikal formada dini məzmunlu paylaşımlar etməsi məlum olub.

Polis bölməsində 18 yaşlı S.Buludov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və o, Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Sadiq Buludova 1 ay müddətinə həbs cəzası verilib.

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər