BAKU Azərbaycan
°C

Gəncə şəhərində xəstə yaxınları xəstə baxıcısını (kiçik tibb bacısı) döyərək ona xəsarət yetiriblər.

Gundem.az report-a istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Abbas Səhhət adına 1 Saylı xəstəxanada qeydə alınıb.

Sözü gedən xəstəxanada xəstə baxıcısı kimi çalışan 1991-ci il təvəllüdlü Tamara Əliyeva xəstə yaxınları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Belə ki, xəstəxanada müalicə alan xəstələrin birinin vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman xəstə yaxınları həmin şöbəyə daxil olmağa çalışıblar. Lakin xəstəxana çalışanları onlara kənar şəxslərin reanimasiya şöbəsinə daxil olmağa icazə verilmədiyini və oranı tərk etmələrini deyiblər.

Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, buna baxmayaraq həmin şəxslər şöbədən çıxmaq istəməyib, orada gözləyəcəklərini deyib.

Bunu görən, T.Əliyeva mühafizəni çağırmaq üçün liftə daxil olub. Həmin vaxt xəstə yaxınları olan iki qadın və bir kişi onunla birgə liftə daxil olublar və liftdə onu döyərək xəsarətlər yetiriblər.

Hazırda müxtəlif bədən xəsarətləri alan T.Əliyeva çalışdığı xəstəxanada müalicə alır.

Məsələ ilə bağlı polisə şikayət olunub və Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

“Instagram”da problem yarandı

Üç manat siqaret puluna görə əmisini öldürdü

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Azərbaycanın uğurlarının səbəbi bu imiş...

Mahir Emreli “Dinamo”dan gedir

Faiq Ağayev: “Biz sevgili olmamışıq”

Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO

Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı - FOTO

ABŞ vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb

Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

Əli Əsədov qərar imzaladı

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Utancaqlıq sanırsınız, ancaq XƏSTƏLİKDİR - Qız övladı olanların DİQQƏTİNƏ! 

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Bütün xəbərlər