BAKU Azərbaycan
°C

2020-ci ilin sentyabrın 2-də Bakıda yerləşən moteldə həyat yoldaşı, müğənni Şəhanə Şamilovanı qətlə yetirən Murad Şamilov həbsxanadan məktubla “Qafqazinfo”ya müraciət edib.

18 il müddətinə həbs cəzasına məhkum edilən M.Şamilov qayınanasının himayəsinə verilmiş azyaşlı qızlarının taleyindən narahat olduğunu bildirib və onların bacısı Sevinc Nurəliyevanın himayəsinə verilməsini xahiş edib.

Məsələ ilə bağlı aidiyyəti məhkəmə instansiyalarına müraciət etdiyini bildirən məhbus azyaşlı övladlarının qayınanasının yanında yaşamasının onların gələcəyi üçün riski olduğunu düşünür:

“Mən öz cəzamla razılaşmışam və cəzamı da çəkirəm. Lakin övladlarım bu vəziyyətə görə günahkar deyil. Əvvəlcədən qeyd edim ki, baş vermiş cinayətdə qayınanam Zəminə Məmmədlinin böyük təsiri olub. Qeyri-sağlam həyat tərzi keçirən, müğənni kimi özünü təqdim edən, günlərlə evə gəlməyən Zəminə Məmmədli illər əvvəl Türkiyədəki insan alveri əməliyyatından sonra Azərbaycana deportasiya edilib və Türkiyəyə daxil olmasına qadağa qoyulub. O, öz qızını, yəni mənim həyat yoldaşımı narkotik vasitələrə öyrəşdirərək özündən asılı vəziyyətə saldı və özü kimi əyri yola çəkdi, müğənni kimi müxtəlif məclislərə apararaq pul qazanmağa, varlanmağa çalışırdı. Qayınanama məxsus olan müxtəlif pornoqrafik görüntülər də cəmiyyətdə yayılıb. İndi bu qadın mənim 2 körpə qızıma hansı tərbiyəni verəcək, onlara necə dəstək olacaq, qızlarımı necə cəmiyyətə yararlı, savadlı, əqidəli vətəndaş kimi böyüdəcək?!”

Murad Şamilov bildirib ki, oğlu qızlarından böyük olduğuna görə hadisələri dərk edir və illər əvvəl nənəsinin əməllərini gördükdə ona etiraz da edib: “Oğlum anası ilə evdən gedib nənəsigildə qalanda anası ilə nənəsinin etdiyi hərəkətləri görüb, onların həyat tərzini görüb etiraz etmişdi. Bundan sonra qayınanam Zəminə onu evdən qovub və o vaxtdan oğlum bacımın yanında, yəni bibisi Sevincin himayəsində yaşayır. Hadisə baş verdikdən sonra – 2020-ci ilin dekabr ayında Binəqədi Rayon Məhkəməsi işi tez həll etməyə və qarşı tərəfə olan neqativ münasibətinə görə oğlumu bacım Sevincin, qızlarımı isə qayınanam Zəmilənin himayəsinə verdi. Amma bu, məni çox narahat edir. Qızlarımın bir neçə il sonra insan alverinin qurbanı olmayacağına kim zəmanət verə bilər? Öz qızını insan alverinə cəlb edən şəxs, nəvələrinə də bunu etməzmi?”

Həbsxanadan göndərdiyi məktubda Murad Şamilov sentyabrın 8-də Binəqədi Rayon Məhkəməsində qəyyumluqla bağlı məsələyə yenidən baxılacağını bildirib. Hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə keçiriləcək iclasda qızlarının qayınanasından alınaraq bacısına verilməsinin vacib olduğunu bildirən məhbus dövlət qurumlarından məsələni dərindən araşdırmasını xahiş edib.

İttihamlarla bağlı Murad Şamilovun qayınanası, 2010-cu ildə ANS televiziyasında keçirilən “Toylar kraliçası” mahnı müsabiqəsinin qalibi Zəminə Məmmədli ilə də əlaqə saxladıq. Qadın “Qafqazinfo”ya açıqlamasında keçmiş kürəkəninin dediklərini böhtan adlandırdı: “Məni araşdırın, ömrümdə heç Türkiyədə olmamışam. Murad özü əxlaqsız həyat tərzi sürüb, qızım onu dəfələrlə başqa qadınlarla tutub, bu barədə çoxsaylı fotolar da var. Məhkəmə də, icra qurumları da dəfələrlə mənim evimdə olublar, şəraitimi araşdırıblar və qızım Şəhanənin iki qızını mənim himayəmə veriblər. Sentyabrın 8-də yenə məhkəmə olacaq.

Murad hər yerə mənim haqqımda ağzına gələni yazır, amma onun dediklərinin heç birinə inanmayın. Mən alın açıqlığı ilə müğənnilik edib çörəkpulumu qazanıram. Həyat yoldaşım da, oğlum da musiqiçidir, mənimlə birgə toylara gedirlər. Muradın 3 bacısı boşanıb bir həyətdə yaşayır. Onlar mənim nəvələrimə baxa bilər? O, mənim göz bəbəyim kimi böyütdüyüm qızımı qətlə yetirdi. Əqidəsi olan adam, qızlarının gələcəyini düşünən adam arvadını öldürüb balalarının başını aşağı edərmi?!”

 

Son xəbərlər

Sumqayıtda yaşayış binasında yanğın OLUB

Qadınlarla bağlı ÜZÜCÜ STATİSTİKA: son 10 ilin ən yüksək həddinə çatdı...

Əbədi xoşbəxtlik:3 bürc bunun sirrini artıq tapıb

Aİ vətəndaşlarına Rusiya dövlət şirkətlərində vəzifə tutmaq qadağan oluna bilər

Yunanıstanda İran səfirliyinə “Molotov kokteyli” atıldı

Latviya və ABŞ birgə təlimlər keçirəcək

İrandakı etirazların canlı simvolu güllələndi - VİDEO

Almaniyada təyyarələr göydə toqquşdu: Hər iki pilot həlak oldu

Canni De Byazi: "Düzgün yoldayıq, komanda inkişaf edir"

Fransa gələn il qaz tariflərini 15 faizdən çox artırmayacaq

Şolts: "Ukraynaya tankların göndərilməsi təhlükəlidir"

Daşkəsəndə yol qəzası - xəsarət alanlar var

Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi OLDU

Londonda İran səfirliyi qarşısında aksiya keçirilib - FOTO

İran polisi qadınları atəşə tutdu

“Instagram”da yenilik: Hekayələrin müddəti uzadıldı

Moldovada müxalifətin etiraz aksiyası başlayıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

5 dəqiqədə yuxuya getmək üçün:Bunu edin

Ermənilərin uzaqdan idarə edilən minaları aşkarlandı - VİDEO

Bütün xəbərlər