Hadisə
25.12.2021 / 00:04
451
Samuxda bir, Goranboyda 2 nəfər dəm qazından zəhərlənib
Samux sakini dəm qazından zəhərlənib.
Gundem.az-ın məlumatına görə, hadisə rayonun Səfər Əliyev küçəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü S.Şərifova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətini kafi olduğu bildirilir.
Goranboyun Qızılhacılı qəsəbəsində də zəhərlənmə faktı qeydə alınıb. 1983-cü il təvəllüdlü R.Məmmədov və Ç.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstəyə yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hər 3 sakin yaşadıqları evdə dəm qazından zəhərləniblər. Apa.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay