BAKU Azərbaycan
°C

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, soyğunçuluq, xuliqanlıq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 84 nəfər saxlanılıb.

Gundem.az xəbər verir ki, həmin şəxslərdən 4-ü qadın olmaqla 60-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 50-i barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən müxtəlif çəkidə narkotik vasitə və psixotrop maddələr, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11, vətəndaşlara qarşı soyğunçuluq və xuliqanlıq edən 2 və qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər  tutularaq cinayət məsuliyyətinə cəlb olunub. 

Həmçinin şöbə əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən kafelərin birində qumar oynayan şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunublar. Həmin kafeni icarə əsasında işlədən şəxs barəsində isə araşdırmalara başlanılıb.

Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə 2016-ci ildən bağlı qalmış bir oğurluq hadisəsinin üstü də açılıb.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

 

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər