BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı İskəndər Mehtiyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı meyxanaçının bibisi qızı, jurnalist Könül Aypara "Təsir dairəsi" verilişinə telefonla qoşularaq açıqlama verib.

"Onun bibisi qızı olsam da, qohumu kimi çıxış etməyəcəyəm, kənardan bir şəxs kimi danışacağam. Rəşad elə bir insandır ki, qarışqanı belə tapdalamayacaq xasiyyətə malikdir. O, çox ziyalı bir ailənin nümayəndəsidir. Özü isə çox təfəkkürlü bir insandır. Qeyrətli, əsl vətənpərvər oğuldur. Bu elə bir hadisədir ki, heç kimin ağlına gəlməyəcək işdir. Səhərimizi çox pis qarşıladıq. Hazırda pis vəziyyətdəyəm. Ailəsinin yanından gəlidim.

Onun övladı Yusifin telefona bax-baxa, göz yaşların içində internetdə hadisəni axtarır... Bu, çox pis bir şeydir. Onun övladı 5 dil bilir, xarici təhsil alır, çox ağıllıdır. Onu bu dəqiqə sakitləşdirib gəlmişəm. Anası, yoldaşı da yaxşı deyil. Belə vəziyyətdə kim yaxşı ola blər ki?"

Rəşadın bibisi qızı mübahisələrə səbəb olan meyxanadakı "Polis bu işin sonuna çıxar" sözlərinə belə münasibət bildirib:

"İnsanı o vəziyətə, affekt halına salmaq iki vur ikidir. Kişiyə qarşı söyüş işlətmək, əxlaqsız, ədəbsiz fikirlər söyləmək, tənqid, təhqir etmək, mənə elə gəlir ki, bunu heç bir Azərbaycan kişisi qəbul etməz. Elə bir vəziyyər olub ki, o, özünü müdafiə etmək istəyib, affekt halına düşüb və belə bir hadisəni törədib. Çünki Rəşadın ailəsində, nəslində, kökündə qətllə bağlı, ümumiyyətlə həbslə bağlı heç kim yoxdur. Qınamıram, olanda olur, amma belə bir şey baş verməyib ki, o da bunun davamçısı olsun. Bizim nəsil-nəcabətdə ilk belə hadisədir. Özünü itirib, affekt vəziyyərinə düşüb və özünü müdafiə etmək üçün belə bir iş görüb. Bəlkə indi də peşmandır ki, "Nahaq etdim". Amma artıq, iş olub, keçib".

O, məsələnin narkotiklə bağlı olub-olmamasını polisin araşdırdığını bildirib:

"Hazırda bu işlə bağlı istindaq gedir, vəkillər özləri məşğuldur bu işlə. Yəqin ki, araşdırılıb, deyilər".

Hadisənin ardından qətlin maşında törədilməsi ilə bağlı iddialara isə Könül bu sözlərlə cavab verib.

"Bunu yəqin ki, polis daha yaxşı bilər. Biz ətraflı bir şey bilmirik. Orada olub, ya kənarda. Biz hadisədən kənardayıq".

O, Rəşadın təslim olmazdan əvvəl ailəsi ilə görüşüb, nəsə deməsi ilə bağlı sualı da cavablandırıb:

"Yox, ailənin bundan heç xəbəri olmayıb. Səhərə yaxın xəbər tutublar. Haradasa məclisdə olub, orada onu qıcıqlandırıblar. Ona zəng vurublar, xoşagəlməz sözlər deyiblər və o da soruşub "Haradasınız?", gedib görüşə. Belə...".

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər