10.11.2022 / 11:47
186
Tovuzda zəncirvari qəza
Tovuzda yol qəzası baş verib.
Gundem.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ" və "Mercedes" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan "VAZ-2106"-nın sürücüsü 1950-ci il təvəllüdlü Ramiz Həsənov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay