BAKU Azərbaycan
°C

Gədəbəydə polis əməkdaşlarını təhqir edən şəxs həbs olunub.

Rayonun Qumlu kənd sakini Akif İsmayılov (soyad şərtidir) ata evindən özünə məxsus divanı götürmək istəyərkən anası və qardaşı onu döyüblər. A. İsmayılov Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları isə işin araşdırılacağını bildiriblər. 

Lakin sonradan o, yenidən ata evinə gəlib və divanı götürmək istəyib. Anası, bacısı və qardaşı onu yenidən döyüblər.

Bundan sonra Akifin anası, qardaşları, bacıları və qonşuları Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edərək onun kənd ərazisində nalayiq söyüşlər söydüyünü bildiriblər. Gədəbəy Rayon Polis Şöbəsinə aparılan A. İsmayılov polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyüb, dövlət orqanlarını təhqir edib. Eyni zamanda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

A. İsmayılov barəsinə İnzibati Xətalar Məcəlləsinin  510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub. Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər