Hadisə
14.11.2022 / 12:47
197
Yük maşını piyadanı vurub öldürdü
İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 13-də saat 16 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində rayon sakini E.Əsgərov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Xubyarlı kənd sakini Bəhlul Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay