
24.11.2022 / 17:47
200
Ucarda ev yanıb, xəsarət alan var
Ucar rayonunun Təzə Şilyan kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Gundem.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay