BAKU Azərbaycan
°C

Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda 16 nəfər şahid - icra nümayəndələri, bələdiyyə sədrləri, bağça müəllimləri və s. dindirilib.

Bütün şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək qısa danışmaqla kifayətləniblər.

APA-nın məlumatına görə, iş üzrə epizodlardan biri əhalinin siyahıya alınması zamanı mənimsəmə ilə bağlıdır. Prosesdə ifadə verən icra nümayəndələrinin dediklərinə görə, siyahıya alınma zamanı toplanan pulu Şəmkir Statistika Komitəsinin müdiri Pərvin Gözəlova veriblər. Pərvin Gözəlov isə toplanmış vəsaiti rayon icra başçısının köməkçisi Qüdrət Əliyevin vasitəsilə Alimpaşa Məmmədova çatdırıb.

Alimpaşa Məmmədov özü də siyahıya alınma zamanı toplanmış pulların ona çatdığını deyib: “Bu məsələdə birbaşa günahkar mənəm, toplanmış 40 min manatı mən mənimsəmişəm”.

Bağça müəllimi işləyən şahidlər də prosesdə eyni epizod üzrə ifadə veriblər.

Proses yanvarın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Son xəbərlər

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ürəyi trombdan qorumaq qoz yeyin – Həkim

Pakistanda məsciddə güclü partlayış - 61 ölü, 150 yaralı

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir?

Azərbaycan ali tribunalda Laçın yolunun bağlı olmasını TƏKZİB ETDİ

Lorente “Roma”nın bir addımlığında

Erməni silah alverçisi David Qalstyan SAXLANILDI

Yoluxanların sayı azaldı

Son sutkada 6 nəfər koronavirusa YOLUXDU

Qayınanası Şakiraya şiddət göstərib - ŞOK VİDEO YAYILDI

Sabirabadda ağır qəza - Ölən və xəsarət alan var

Öpüş səhnəsi ilə gündəm olan aktrisa: “Azərbaycanda stereotipləri qırmaq lazımdır”

25 hamilə qadın Putinə ŞİKAYƏT ETDİ

Fransa-Türkiyə arasında nə baş verir? - VİDEO

"Rusiya ən böyük hücuma hazırlaşır" - Stoltenberq

“Məni döydüyünüz üçün təşəkkürlər” - VİDEO

Zirzəmidə dəhşətli mənzərə: 6 uşaq...

“Qarabağ” onun getdiyini açıqladı

Tehran Bakının hansı tələblərini yerinə yetirməlidir? - VİDEO

Gəncədə bir ailənin üç üzvü BIÇAQLANDI

Bütün xəbərlər