BAKU Azərbaycan
°C

İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş yenidən araşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Samir Zeynalov məlumat yayıb. O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib. Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan iş yenidən icraata götürülüb və Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Məlumatla əlaqədar Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq xəbər təsdiq edilib: “Hazırda Sabirabad Rayon Prokurorluğunda qeyd olunan cinayət işi üzrə istintaq davam etdirilir”.

Qeyd edək ki, Səmayə Zeynalovanın ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum günün təmtəraqlı şəkildə qeyd edib. Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.

Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu Cavad kəndində vəfat edib.

Son xəbərlər

İşçisinin hüququnu pozan şəxs 20 min manat cərimə ödədi

Mənzilin sahəsi az, ödənişi çox - MTK-ların fırıldağı

Yeni qərar qəbul edildi: Varlılar daha çox vergi ödəyəcəklər

Bu gün Bakı metrosunda ölən şəxs məşhur müğənninin ATASIDIR - FOTO

Prezident DTX-nin bu əməkdaşlarını TƏLTİF ETDİ - ADLAR

İlham Əliyev ona VƏZİFƏ VERDİ SƏRƏNCAM

Xankəndidəki Qarabağ Universitetinin GÖRÜNTÜLƏRİ - VİDEO

Vətən müharibəsi iştirakçısı VƏFAT ETDİ - FOTO

Ölüm riski var - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

Prezident sərəncam İMZALADI

Hərbçilərin NƏZƏRİNƏ! - 220 manat OLACAQ 

"Yaxşı at özünə qamçı vurdurmaz, kişi meyitimi sərə bilər" - Telli Borçalı + VİDEO

Bakı metrosunda FACİƏ: Sərnişin anidən...

Sabah bu ərazilərdə SU OLMAYACAQ!

“Forsaj 9” filminin istehsalçıları 1 milyon dollar kompensasiya ödəməlidir

Xəzərin səviyyəsi 1 metrdən çox azalıb - Nazirlik

Mərkəzi Nəbatat bağının 70 min su borcu var

Sabah güclü külək əsəcək - PROQNOZ

“Azərbaycanda donuz qripi..." - XƏBƏRDARLIQ!

Türkiyəli milyonerin BAŞINA İŞ GƏLDİ: Bakıdakı şirkətinin...

Bütün xəbərlər