Bakıda narkotik satan şəxs tutuldu - VİDEO
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Məhəmməd Salmanov saxlanılıb.
Gundem.az xəbər verir ki, həmin şəxsdən ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Məhəmməd Salmanov heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq niyyəti ilə aldığını qeyd edib.
Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay