BAKU Azərbaycan
°C

Azərbaycanın su-melorasiya sahəsinin tanınmış mütəxəssisi Abid Nağıyev vəfat edib.

Gundem.az xəbər verir ki, Pravda.az-ın məlumatına görə, o, 84 yaşında dünyası dəyişib.

A.Nağıyev Ağstafa rayonunda dəfn edilib.

Qeyd edək ki, A.Nağıyev 1939-cu ildə Ağstafa rayonunun Qırlı kəndində anadan olub. Əmək fəaliyyətinə 1960-cı ildən "Azərsutikinti" İdarəsinin Qazax rayon Tikinti Quraşdırma İdarəsində fəhlə-texnik kimi başlayıb.

1966-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil alıb.

O, 50 ilə yaxın su-melorasiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

A.Nağıyev 1991-1993-cü illərdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib. 1993-2000-ci illərdə yenidən "Azərsutikinti" İdarəsinin Ağstafa rayon TQİ-da rəis kimi, 2000-2003-cü illərdə isə "Azərsutikinti" Səhmdar Cəmiyyətinin "Ağstafasutikinti" törəmə müəssisəsinin baş mühəndisi vəzifəsini tutub.

O, 2006-cı ildən "Azdövlətsutəsərrüfatı” tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin TOMİQBM-nin nəzarətçi mühəndisi kimi çalışıb.

A.Nağıyev işlədiyi dövrdə Qazax və Ağstafa şəhərlərində çoxlu sayda yaşayış binaları, Qazax şəhər 1 nömrəli orta məktəbi, Qazax şəhəri Nərimanov qəsəbəsində orta məktəbi tikib istifadəyə verib. 1986-1987-ci illərdə tutumu 20 milyon kub metr olan Coğaz çayı üzərində su anbarı, Kəmərli kəndində su anbarı, 1984-1985-ci illərdə Şıxlı, Qaymaqlı və Kəmərli kəndlərinin torpaqlarını suvarma məqsədilə Kür çayından 4 pilləli nasos stansiya tikdirib, 1988-ci ildə 7 saylı Tikinti Quraşdırma İdarəsi üçün tikdirdiyi binanı Ağstafa rayonunda hazırda fəaliyyət göstərən Mərkəzi Xəstəxanası və poliklinikası üçün əvəzsiz olaraq verib, 1997-ci ildə Ağstafa şəhərinin içməli suya olan probleminin hall edilməsi məqsədilə Həsənsu çayından Ağstafa şəhərinə su xəttini çəkdirib.

1978-1979-cu illərdə Tovuz rayonu ərazisində Kür çayı üzərindən su anbarının tikintisini həyata keçirib, 14 nömrəli TQİ-nin daxili imkanları hesabına idarə işçiləri üçün 20 yaşayış binası tikib istifadəyə verib. Qazax və Ağstafa rayonlarında 100 km-lərlə suvarma sistemləri və irriqasiya obyektlərinin tikintisini həyata keçirib. Qırlı kəndinə gələn Kəhriz xəttini asaslı təmir edib.

A.Nağıyev 1982, 1987, 1995-ci illərdə Ağstafa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı il “Tərəqqi” medalı ilə təltif edilib.

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər