
Hadisə
28.12.2021 / 12:40
361
Xocavənddə avtomobildən iki ton dəmir qalıqları aşkarlandı
Xocavənddə avtomobildən dəmir qalıqları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən rayonun Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda "Mersedes-Benz” markalı yük avtomobilinə "saxla” işarəsi verilib.
Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.
Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay