
Hadisə
26.05.2023 / 10:14
63
Üzərinə manqal aşan 4 yaşlı uşaq öldü
Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Gundem.az xəbər verir ki, 2019-cu il təvəllüdlü Rəhim Səfərov mayın 25-də ailə üzvlərinin yanında yaşadığı evin həyətində olan manqalın üstünə çıxıb tut dərmək istəyərkən manqalın onun üstünə aşması nəticəsində xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay