Hadisə
29.12.2021 / 10:47
919
“Lotu Quli”nin adamı güllələndi
Odessadakı bilyard klubunda bir nəfər güllələnib. Daha bir nəfər yaralanıb.
Gundem.az bildirir ki, bu barədə Milli Polisin Odessa vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisənin “Arena” bilyard zalında baş verdiyi bildirilir. Güllələnən Lotu Quli kimi tanınan məşhur mərhum azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun adamlarından sayılan kriminal avtoritet Nazir Əliyevdir. Hadisəyə səbəb kimi cinayətkarların təsir dairələrini yenidən bölüşdürülməsi ilə izah edilir.
Hadisə nəticəsində iki nəfər güllə yarası alıb. Bir nəfər ölüb, digəri xəstəxanaya yerləşdirilib.
Yerli polisdən bildirildiyinə görə, N.Əliyevi güllələyən həmyerlisi saxlanılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay