Hadisə
01.09.2023 / 15:34
143
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
Avqustun 31-də gecə saatlarında Səbail rayonu ərazisində Gəncə şəhər sakininə zor tətbiq edilərək içərisində 300 manat olan pulqabısının və mobil telefonunun alınması barədə polisə məlumat daxil olub.
Gundem.az DİN-in saytına istinadən xəbər verir ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Sultanov müəyyən olunaraq saxlanılıb.
Faktal bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay