BAKU Azərbaycan
°C

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə əsasən Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunaraq Azərbaycan Respublikasının vətəndaşları Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal Quliyev ölkəmizə ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarışa elan olunub.

Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Azərbaycana gətirilib.

Bundan başqa, qeyd olunan tarixdə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov cari ilin iyun ayının 12-də ölkəmizdə müəyyən edilib.

Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

Son xəbərlər

Britaniya Ukraynaya qoşun yeridir

Daha bir serial eşqi gerçək OLDU

Kadırov səhhəti barədə danışdı

Armen Qriqoryan Tehrana getdi

Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib

Nazirlər və parlament üzvləri üçün beynəlxalq toplantı keçirilib

Qazaxıstan təmsilçiləri Bakı Konqresində iştirak edəcəklər

ABŞ-da erməni təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - FOTO

Ərdoğan: “Qarabağ məsələsində haqq yerini tapdı”

Beyləqanda həyətyanı sahələri su basdı - VİDEO

Cozep Borrell Kiyevə getdi

XİN Türkiyədəki terror hücumunu kəskin PİSLƏDİ

Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir

Türkiyədə sərnişin avtobusu aşıb, yaralılar var

İsveç Türkiyədə törədilən terror aktını PİSLƏDİ

BMT nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar

Xankəndidə poliklinik xidmət quruldu - FOTOLAR

Hakan Fidan Ankaradakı terror aktı cəhdini PİSLƏDİ

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər