BAKU Azərbaycan
°C

Perunun cənubunda sərnişin avtobusu uçuruma aşıb. Dəhşətli qəzada 24 nəfər ölüb, 21 nəfər yaralanıb.

Gundem.az xəbər verir ki, ölkənin rəsmi agentliyinin yaydığı məlumata görə, Huancayo və Huanta şəhərləri arasında hərəkət edən avtobus Ayacucho şossesində 200 metrlik uçuruma düşüb.

Qəzada 24 nəfər hadisə yerində ölüb, 21 nəfər yaralanıb.

Bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadasının göndərildiyi, yaralıların xəstəxanalara aparıldığı bildirilib.

Anco Bələdiyyə Başçısı Manuel Zevallos qəzanın baş verdiyi yolda daha əvvəl də sürüşmənin baş verdiyini və yolun baxım işlərinin aparılmadığını müəyyən etdiklərini bildirib.

Milli Yol Təhlükəsizliyi Şurasının rəqəmlərinə görə, Peruda hər il təxminən 3 min insan yol qəzalarında ölür və 55 min adam yaralanır.

Son xəbərlər

Britaniya Ukraynaya qoşun yeridir

Daha bir serial eşqi gerçək OLDU

Kadırov səhhəti barədə danışdı

Armen Qriqoryan Tehrana getdi

Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib

Nazirlər və parlament üzvləri üçün beynəlxalq toplantı keçirilib

Qazaxıstan təmsilçiləri Bakı Konqresində iştirak edəcəklər

ABŞ-da erməni təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - FOTO

Ərdoğan: “Qarabağ məsələsində haqq yerini tapdı”

Beyləqanda həyətyanı sahələri su basdı - VİDEO

Cozep Borrell Kiyevə getdi

XİN Türkiyədəki terror hücumunu kəskin PİSLƏDİ

Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir

Türkiyədə sərnişin avtobusu aşıb, yaralılar var

İsveç Türkiyədə törədilən terror aktını PİSLƏDİ

BMT nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar

Xankəndidə poliklinik xidmət quruldu - FOTOLAR

Hakan Fidan Ankaradakı terror aktı cəhdini PİSLƏDİ

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər